Bakıda yanacaq daşıyan maşın aşıb, partlayış və yanğın baş verib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda yanacaq daşıyan maşın aşıb, partlayış və yanğın baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 23 avqust 2014 00:15 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanacaq daşıyan maşının aşması ilə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, FHN-in saytında yerləşdirilmiş məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonunda “Mercedes” markalı yük avtomobilinin qəzaya uğraması nəticəsində ona qoşulmuş, tutumu 40 ton olan yanacaq çəni yolun kənarına aşıb.

Qəza yanğınla nəticələnib. Yanğın nəticəsində yük avtomobilinin yanar hissələri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub.

Yanğın avqustun saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 00.41

Bakı. Fərahim Qasımov – APA. Bakıda yanacaq daşıyan maşın qəza törədib.

APA-nın məlumatına görə, hadisə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

Yanacaq daşıyan avtomobil sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsməyə çırpılaraq aşıb.

Nəticədə partlayış və yanğın baş verib. Toqquşmadan sonra benzindaşıyan yük maşınında olan benzin 200 m əraziyə dağılıb.

Hadisə yerinə Yasamal, Səbail və Binəqədi rayonlarından yanğınsöndürmə briqadaları cəlb edilib.

Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçir. Yanğın nәticәsindә elektrik xәtlәrinә ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәsi işıqsız qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR