Şamaxıda iki azyaşlı qidadan zəhərlənib

Şamaxıda iki azyaşlı qidadan zəhərlənib
# 12 iyul 2017 08:01 (UTC +04:00)

Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərində və Mirikənd kəndində qeydə alınıb. Mirikənd sakini, 2011-ci il təvəllüdlü Aynur Babayeva və Şamaxı şəhərinin Sabir küçəsindəki 41 saylı mənzildə yaşayan, 2014-cü il təvəllüdlü Toğrul Abbasov qida məhsullarından zəhərləndiyi üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində azyaşlıların həyatı xilas olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR