Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib

 Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib
# 22 avqust 2015 10:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qəbələ şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də saat 09 radələrində Qəbələ şəhərində rayon sakini Rəhman İsazadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Aysel Şəriflini vurub. Nəticədə A. Şərifli xəstəxanaya yerləşdirilib və avqustun 21-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR