Balakəndə nəfəs borusunu kəsərək özünü xəstəxana binasından atan kişi ölüb

Balakəndə nəfəs borusunu kəsərək özünü xəstəxana binasından atan kişi ölüb
# 02 iyun 2016 07:01 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə bıçaqla bədəninə çoxsaylı xəsarət yetirdikdən sonra nəfəs borusunu kəsərək xəstəxananın binasından özünü atan 50 yaşlı kişi ölüb.

Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynullah Məhəmməd oğlu Hudulov bu gün saat 04:30 radələrində Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində keçinib.


Qeyd edək ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən Zeynullah Hudulov mayın 30-dan MRX-nın terapiya şöbəsində müalicə alıb. O, iyunun 1-də bədəninin qarın və döş qəfəsinə bıçaqla 30 yerdən xəsarət yetirib, nəfəs borusunu kəsib, xəstəxana binasının 2-ci mərtəbəsində özünü atıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR