Yevlaxda toydan qayıdanlar avtoqəzaya düşüb, bir neçə nəfər xəsarət alıb

Yevlaxda toydan qayıdanlar avtoqəzaya düşüb, bir neçə nəfər xəsarət alıb
# 02 dekabr 2019 20:55 (UTC +04:00)

Yevlaxda avtomobil qəzası qeydə alınıb, xəsarət alanlar var.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndi yaxınlığında baş verib.

"VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar - Yevlax sakinləri, 1987-ci il təvəllüdlü Oqtay Talıbov, 1992-ci il təvəllüdlü Teymur İsmayılov və 1992-ci il təvəllüdlü Xəyal Hüseynov xəstəxanaya yerləşdirilib. Məlumata görə, avtomobildə olanlar toy məclisindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR