Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 İyul - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 İyul - <span style="color: red;">VİDEO
# 31 iyul 2014 17:09 (UTC +04:00)

Bakı-APA. Əgər məqsəd yollarda sürətin tənzimlənməsi olsaydı, radarlar hamının gördüyü yerlərdə qurular, sürücülər də qarşıda radar olduğunu bilərək həmin yolda aşağı sürətlə hərəkət edərdilər. Nobel prospektində piyada keçidinin dayaq sütununun arxasında son dərəcə ustalıqla kamuflyaj edilmiş radar qurğusunu gördükdən sonra bu qənaətə gəldim ki, məqsəd sürətin tənzimlənməsi deyil. Yeri gəlmişkən, Azərbaycanda radar qurğuları o qədər ustalıqla kamuflyaj edilir ki, bu işə Ukraynada, Suriyada, İraqda hədəfləri hava hücumundan qorumaq üçün tər tökən peşəkar hərbçilər belə həsəd apara bilər.

Baş verən qəzaların bir qisminin səbəbi maşınların texniki nasazlığıdır. Məsələn, zəncirin qırılmasının qəza ilə nəticələnməsinə hamımız şahid olmuşuq. Bu baxımdan maşınların ildə bir dəfə texniki baxışdan keçirilməsinə doğrudan ehtiyac var. Bizdə də belə bir baxış keçirilir. Amma kağız üzərində. Kağız verib, kağız alırsan. Əgər məqsəd doğrudan da maşınları texniki baxışdan keçirmək olsaydı, Maştağadakı məlum yerdə küçələr maşınla dolu, texniki baxış boksları isə bomboş olmazdı. Əgər maşınlar doğrudan texniki baxışdan keçirilsəydi, paytaxt küçələrində ön şüşəsinə “2014” etiketi yapışdırılmış, qarpız daşımaqdan başqa heç nəyə yaramayan, sınıq-salxaq maşınları görməzdik. Demək ki, məqsəd maşınları texniki baxışdan keçirmək deyil...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR