Səməd Seyidov AŞPA Daimi Komitəsinin iclasında iştirak edəcək

Səməd Seyidov AŞPA Daimi Komitəsinin iclasında iştirak edəcək
# 26 may 2017 14:59 (UTC +04:00)

Mayın 29-30-da Praqada Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, tədbirlərdə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər. İclaslarda AŞPA-nın yay sessiyasının gündəliyinə baxılacaq, təkliflər dinləniləcək. Sonra Türkiyədə Konstitusiya dəyişikliklərinə dair keçirilmiş referendumun, Serbiyada prezident seçkilərinin və Ermənistanda parlament seçkilərinin nəticələrinə dair fikir mübadiləsi aparılacaq, Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək heyətin tərkibi formalaşdırılacaq.

Tədbirlər çərçivəsində NATO Parlament Assambleyasının prezidenti Paulo Alli ilə də fikir mübadiləsi nəzərdə tutulub. Milli Məclisin deputatları müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR