Gədəbəydə aptek müdirini qarət edən şəxs saxlanılıb

Gədəbəydə aptek müdirini qarət edən şəxs saxlanılıb
# 08 dekabr 2014 10:00 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəydə soyğunçuluq hadisəsini törədən şəxs saxlanılıb. Gədəbəy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dekabrın 6-da gecə saat 22 radələrində rayon mərkəzində baş verib. Aptek sahibi, 1949-cu il təvəllüdlü Hacıyev Əfraim Əkbər oğlu işdən evə qayıdan zaman bir nəfər maskalı şəxs ona hücum edərək onun başına küt alətlə zərbə endirib. Həmin şəxs aptek müdirinin 270 manat pulunu aparıb. Əməliyyat tədbirləri nəticəsində soyğunçuluq edən şəxsin rayonun Arıqdam kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Vüqar Vaqif oğlu olduğu müəyyənləşib. V. Məmmədov saxlanılıb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR