Gürcüstanın energetika naziri dəyişib

Gürcüstanın energetika naziri dəyişib
# 12 iyul 2017 14:58 (UTC +04:00)

İlya Eloşvili Gürcüstanın yeni energetika naziri təyin edilib.

APA-nın Gürcüstan bürosunun məlumatlına görə, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili hökumətin bugünkü iclasında məlumat verib.

O qeyd edib ki, İ. Eloşvili 2012-ci ildə energetika nazirinin birinci müavini postunu tutub və qurumun həyata keçirdiyi bütün layihələrə böyük töhfə verib: "Bir neçə ay müddətində o artıq nazir olub. Onun təcrübəsi var. Əminəm ki, bütün vacib məsələlərin öhdəsindən gələcək. Düşünürəm ki, İlya uğurlu energetika naziri olacaq".

Xatırladaq ki, İ. Eloşvili Kaxa Kaladzeni əvəzləyib. Sonuncu Tbilisi meri postuna namizədliyini irəli sürdüyü üçün nazir vəzifəsindən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR