Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
# 17 oktyabr 2017 07:14 (UTC +04:00)

Bu gün Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR