Ucarda minik avtomobili traktorla toqquşub

Ucarda minik avtomobili traktorla toqquşub
# 12 iyul 2017 14:57 (UTC +04:00)

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında rayon ərazisində Göyçay sakini, 1987-ci il təvəllüdlü Afiq Qərib oğlu Xalidovun idarə etdiyi "VAZ-2106 " markalı minik maşını ilə traktor toqquşub. Nəticədə "VAZ-2106" ın sürücüsü və sərnişini Afiq Qalib oğlu Muradov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər .

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR