İsrail televiziyası İrana hərbi müdaxilənin vaxtını və detallarını açıqlayıb

İsrail televiziyası İrana hərbi müdaxilənin vaxtını və detallarını açıqlayıb
# 18 aprel 2012 02:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İsrailin “Channel 10” televiziyası İrana qarşı həyata keçirilməsi planlaşdırılan hərbi əməliyyatların tarixini və detallarını açıqlayıb. APA-nın məlumatına görə, xəbərdə bildirilir ki, hərbi müdaxilə üçün mayın 23-də İraqın paytaxtı Bağdad şəhərində İranla “altılıq” ölkələri arasındakı keçiriləcək ikinci tur müzakirələrin nəticəsi gözləniləcək: “Müzakirələr nəticəsiz qaldığı təqdirdə, əməliyyatlara start veriləcək”. Məlumatda qeyd olunur ki, İsrail 1981-ci ildə İraqın, 2007-ci ildə də Suriyanın nüvə obyektlərini məhv edib: “Ancaq İranın nüvə obyektlərinə hərbi müdaxilənin nəticə verəcəyi şübhəlidir. Hərbçilər hücumun qısa və peşəkar olacağını bildirir. Hətta pilotlar Qum yaxınlığındakı nüvə obyektinin vurulması məsələsində uzun müddətdir hazırlıq görüldüyünü və hərbi əməliyyat zamanı onlardan bəzilərinin geri dönməyəcəyini yaxşı bildiklərini deyiblər”. Xəbərdə vurğulanır ki, hərbi əməliyyatları əsasən F-15 təyyarələri həyata keçirəcək: “Bundan əlavə, hərbi əməliyyatlarda digər bombardmançı təyyarələr, pilotsuz təyyarələr, havada təyyarələri yanacaqla təmin edən tanker təyyarələr və xilasedici vertolyotlar da iştirak edəcək. Ancaq İsrail Hərbi-Hava Qüvvələri əməliyyatlara ən böyük təhdid kimi Suriya və İranın əlindəki Rusiya istehsalı olan SA 17 və SA 22 raketlərini görür. Əgər hücum reallaşarsa, bu, İsrailin 30 il içərisində girdiyi ilk böyük döyüş olacaq. Hətta pilotlara indidən əməliyyat başladığında ailələrinin təhlükəsizliyi məqsədilə yerləşdiriləcəyi ünvanlar verilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR