Xəzərin Azərbaycan sektorunda top mərmisi tapılıb

Xəzərin Azərbaycan sektorunda top mərmisi tapılıb
# 21 sentyabr 2012 15:08 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin icarəyə götürdüyü “XAMA-311” gəmisində dəniz dibinin dərinləşdirilməsi işləri aparılan zaman partlayış təhlükəli əşya aşkarlanması barədə nazirliyə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Mütəxəssislər aşkarlanan sursatın 1 ədəd 100 mm-lik top mərmisi olduğunu müəyyən ediblər. Mərmi zərərsizləşdirilməsi üçün müvafiq qaydada götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR