Qəbələdə 4 böyrək köçürmə əməliyyatı olub

Qəbələdə 4 böyrək köçürmə əməliyyatı olub
# 29 may 2012 18:55 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasında 4 hemodializ xəstəsinə böyrək köçürülüb. APA-nın məlumatına görə Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazıminin rəhbərliyi ilə yüksək ixtisaslı həkimlər mayın 28-29-da Bərdə rayon sakini 25 yaşlı Ələkbər Cabbarova, Qazax rayon sakini 46 yaşlı Arzu Babayevə, Xaçmaz rayon sakini 43 yaşlı Nəsibə Əlizamanovaya, Tərtər rayon sakini 18 yaşlı Elçin Qədirliyə yaxın qohumlarının böyrəyini köçürüblər. Əməliyyatlar uğurla başa çatıb və uzun illər xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasientlərin vəziyyəti hazırda normaldır.
Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən Qəbələ Müalicə Diaqnostika Mərkəzində ilk dəfə canlıdan canlıya böyrək transplantasiyası həyata keçirilib. Bu günədək Bakı, Naxçıvan, Şamaxı, Cəlilabad, Quba və Qəbələdə 25 böyrək köçürmə əməliyyatı həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR