Fuad Muradov yeni təşkilat yaradıb

Fuad Muradov yeni təşkilat yaradıb
# 30 iyun 2012 09:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva- APA. Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov yeni təşkilat yaradıb.

APA-nın məlumatına görə, F.Muradov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya təqdim olunmasında beynəlxalq təşkilatlara ehtiyac var: “Böyük İpək Yolu ölkələrinin gənclər təşkilatlarının bu yaxınlarda keçirilən toplantısında belə bir ideya irəli sürülüb ki, Böyük İpək Yolu Beynəlxalq Gənclər Təşkilatı yaradılsın. Artıq ilk iclasımız keçirilib, idarə heyəti seçilib. Mən təşkilatın sədri seçilmişəm. Başqa təkliflər olsa, onları da dəyərləndirəcəm”.

F.Muradov deyib ki, Azərbaycan hökumətinin təklifinə əsasən, beynəlxalq təşkilatın katibliyi birinci üç il Azərbaycanda olacaq: “Orada 25 təşkilat var. Sonra müzakirələr aparılacaq ki, təşkilata rəhbərlik sonra hansı şəkildə olsun”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR