“Siyəzən Broyler” ASC-nin sabiq ekspeditoruna hökm oxunub

“Siyəzən Broyler” ASC-nin sabiq ekspeditoruna hökm oxunub
# 28 sentyabr 2012 11:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Siyəzən Broyler” ASC-nin sabiq satıcı-ekspeditoru Vüqar Hacınəsibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, V. Hacınəsibov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, V. Hacınəsibov 2006-2012-ci illərdə ASC-də satıcı-ekspeditor vəzifəsində işləyərkən cəmiyyətin anbarından toyuq əti məhsullarının satışından əldə etdiyi ona etibar olunmuş 26 min 665 manat məbləğində özgə əmlakını qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə talamaqla cəmiyyətə külli miqdarda ziyan vurub. V. Hacınəsibov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR