Afaq Bəşirqızı özünü yaxşı hiss edir

Afaq  Bəşirqızı özünü yaxşı hiss edir
# 27 sentyabr 2012 09:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Ötən gün ürəyindən cərrahiyyə əməliyyatı olunan Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı ayılıb. Aktrisanın oğlu Səmral Təhməzovun APA-ya verdiyi məlumata görə, Afaq Bəşirqızı özünü nisbətən daha yaxşı hiss edir: “Əməliyyatdan sonra ayılıb, amma hələlik danışmağa icazə verilmir. Reanimasiyadan palataya nə zaman köçürüləcəyi məlum deyil”.

Qeyd edək ki, ötən gün Mərkəzi Neftçilər Xəstəxanasında Afaq Bəşirqızının ürəyində İtaliyadan dəvət olunmuş ürək damar cərrahının iştirakı ilə cərrahiyə əməliyyatı aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR