Bakıda Türkiyə-Azərbaycan dostluğunun rəmzi olan məscid tikiləcək

Bakıda Türkiyə-Azərbaycan dostluğunun rəmzi olan məscid tikiləcək
# 02 iyun 2012 08:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan dövlətləri, iki qardaş xalq arasında dostluğun, birliyin rəmzi olacaq “qardaşlıq məscidi” ideyası Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur: “Bu ideya Türkiyə tərəfi ilə də müzakirə edilib, çox böyük minnətdarlıq hissi ilə qəbul olunub. Ölkə prezidentinin tapşırığı ilə məscidin tikilməsi üçün yer ayrılıb. Məscid Azərbaycanın hesabına tikiləcək, Azərbaycan prezidentinin Türkiyə xalqına hədiyyəsi olacaq. Hazırda məscidin texniki detallarının işlənilməsi prosesi gedir. Onlar bitib və hər iki tərəf arasında razılaşdırıldıqdan sonra qısa zaman ərzində məscidin tikilməsinə başlanılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR