Meksikada avtobusla yük maşını toqquşub: 22 nəfər yaralanıb

Meksikada avtobusla yük maşını toqquşub: 22 nəfər yaralanıb
# 31 iyul 2012 01:43 (UTC +04:00)
Bakı-APA. Meksikanın Quanahuato ştatında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 22 nəfər yaralanıb. Bu barədə yerli rəsmilər məlumat veriblər.

Verilən məlumata görə, avtobus irəlidə gedən ərzaq daşıyan yük maşını ilə toqquşub. Avtobusun qapıları bağlandığından sərnişinlər pəncərədən tullanmaqla xilas olmaq məcburiyyətində qalıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR