Bakı-Böyük Kəsik istiqamətində daha 7 km dəmir yolu əsaslı təmir olunur - FOTO

Bakı-Böyük Kəsik istiqamətində daha 7 km dəmir yolu əsaslı təmir olunur - <font color=red>FOTO</font>
# 27 avqust 2012 07:15 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Avqustun 27-31-də daha 7 km yol əsaslı təmir olunacaq. Belə ki, avqustun 27-28-də Gəncə-Alabaşlı mənzilində 3,7 km, avqustun 29-31-də isə Ağstafa-Poylu mənzilində 3,4 km yolun təmir edilməsi nəzərdə tutulur. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, əsaslı təmir işlərinə «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Artıq bu gün səhər saatlarında Gəncə-Alabaşlı mənzilində söküntü işlərinə başlanılıb. «Dəmiryolservis» MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun məlumatına görə, söküntü işləri artıq başa çatmaq üzrədir.

Məlumat üçün bildirək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 108 km yol əsaslı təmir olunub. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolun təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə artırmaq mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR