“Akkord” Korporasiyasının əməkdaşlarına prezidentin ali mükafatları təqdim edilib - FOTO
06 iyul 2012 09:36 (UTC +04:00)
Bakı - APA-Economics. Prezident İlham Əliyevin “İnşaatçılar Günü” münasibətilə imzaladığı sərəncamla fəxri ad və mükafatlara layiq görülmüş inşaatçıların qəbul mərasimi keçirilib.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə respublikanın inşaat-tikinti sektorunun liderlərindən olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin müvafiq sərəncamla mükafatlandırılmış nümayəndələri - İsmayılov Aslan Çopur oğlu və Orucov Rəhman Əli oğlu da iştirak edib.
Prezidentin sərəncamına uyğun olaraq korporasiyanın İnfrastruktur Tikintisi Departamentinin körpü-tunel tikintisi üzrə direktoru Aslan İsmayılova “Əməkdar mühəndis” fəxri adının medalı və vəsiqəsi, həmin departamentin Texniki Şöbəsinin rəisi Rəhman Orucova isə “Tərəqqi” medalı və vəsiqəsi təqdim edilib. “Akkord” Korporasiyasının rəhbər və işçi kollektivi bu əlamətdar hadisə münasibətilə təşkil edilən korporativ tədbirdə həmkarlarını təbrik edərək, onlara xatirə hədiyyələri təqdim ediblər.

İnfrastruktur
Bakı metrosunda qatarda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb
18:22
6 may 2024
Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq edib
11:11
6 may 2024
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib
17:19
3 may 2024
Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir! Bu kompleksin sakinləri üçün şad xəbər! - VİDEO
15:52
3 may 2024