Meksika polisi 49 başsız meyit aşkarlayıb

Meksika polisi 49 başsız meyit aşkarlayıb
# 14 may 2012 07:37 (UTC +04:00)
Bakı – APA. Meksika polisi mayın 13-də Monterrey şəhəri yaxınlığında eybəcər hala salınmış 49 meyit aşkarlayıb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, qatillər öz qurbanlarının başlarını kəsiblər. Onların 43-ü kişi, 6-sı qadındır. Ekspertlər kütləvi qətlin son 48 saat ərzində törədildiyini müəyyənləşdiriblər. Qətlin narkokartellər arasındakı mübarizənin nəticəsi olduğu güman edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR