Bəstəkarlar İttifaqı Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar müsabiqə elan edib
17 fevral 2012 08:59 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Bəstəkarlar İttifaqı simfonik muğam janrının yaradıcısı Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar gənc bəstəkarlar arasında simfonik əsərlərin (simfonik muğam janrına üstünlük veriləcək) yazılması üçün müsabiqə elan edib. İttifaqdan APA-ya verilən xəbərə görə, müsabiqəyə təqdim ediləcək əsərlər 10-12 dəqiqəlik vaxt həcmində olmalıdır.
Müsabiqədə 35 yaşına qədər bəstəkarlar iştirak edə bilər və onlar əsərlərinin partiturasını deviz yazılmış bağlı iri zərfdə təqdim etməlidirlər. Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir.
Təqdim olunmuş işlər 2012-ci il oktyabr ayının 15-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq.
Müsabiqədə qalib gəlmiş ən yaxşı simfonik partitura qalibinə 2000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

Mədəniyyət siyasəti
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024
Mədəniyyət Nazirliyi işçilərin qəbulu ilə bağlı baş tutan attestasiya prosesinə münasibət bildirib
16:59
16 may 2024
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
16:10
16 may 2024
Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
16:02
16 may 2024