Bank Of Baku

Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb

Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
# 17 may 2024 14:32 (UTC +04:00)

Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ə. Gülməmmədov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən şəxsin ətrafında aparılan istintaq hərəkətləri zamanı onun daha bir oğurluq cinayəti törətməsi müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR