Bank Of Baku

Umayra Tağıyeva: İqlim dəyişmələri ilə bağlı gözlənilən risklər mütləq nəzərə alınmalıdır

Ekologiya və təbii sərvətləri nazirinin müavini Umayra Tağıyeva

© APA | Ekologiya və təbii sərvətləri nazirinin müavini Umayra Tağıyeva

# 17 may 2024 12:21 (UTC +04:00)

2020-2022-ci illərdə Azərbaycanda daşqınların sayı 20 olduğu halda, 2023-cü ildə bu rəqəm 147-ə çatdı. Bu rekorddur.

APA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfrans çərçivəsində baş tutan “İqlim dəyişikliyinin təsir və riskləri ilə mübarizə: COP29 üzrə perspektiv baxışımız” adlı panel sessiya zamanı ekologiya və təbii sərvətləri nazirinin müavini Umayra Tağıyeva deyib.

“İqlim dəyişmələri ilə bağlı gözlənilən risklər mütləq şəkildə nəzərə alınmalıdır”, - o əlavə edib.

Nazir müavininin sözlərinə görə, son 20 ilin nəticələrinə görə, istixana dalğasının sayı Bakıda 14, regionlarda isə 6 dəfə artıb.

“Biz karbon izinin azaldılmasından danışırqsa, bunun üçün yaşıl düşüncə və yaşıl yanaşma öncəlik təşkil etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR