Nazirlər Kabineti "Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydaları"nda dəyişiklik edib

Nazirlər Kabineti "Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydaları"nda dəyişiklik edib
# 29 mart 2012 10:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti 2001-ci il 22 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması Qaydaları"nda dəyişiklik edib. APA-nın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, qərar "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi haqqında" ölkə prezidentinin 22 dekabr 2011-ci il tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib. Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ətraf mühitin mühafizəsi sahəsində" təqdim edilən dövlət statistika hesabatlarının dövriliyi, vaxtı, həcmi və forması Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR