Ombudsman Aparatının əməkdaşları həbsdə olan jurnalistlərlə görüşüblər

Ombudsman Aparatının əməkdaşları həbsdə olan jurnalistlərlə görüşüblər
# 31 avqust 2012 12:32 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İnsan Haqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən ombudsman aparatının əməkdaşları Bakı istintaq təcridxanasında saxlanılan jurnalistlər Fərəməz Novruzoğlu və Əvəz Zeynallı ilə görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər saxlanma şəraiti və onlara qarşı rəftardan şikayət etməyiblər.

Fərəməz Novruzoğlu azadlıqdan məhrum edilməsi ilə bağlı onun barəsində çıxarılan məhkəmə hökmündən narazılığını bildirib və hökmün sürətini aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəyini deyib. Ə. Zeynallı isə hakimin məzuniyyətdə olması səbəbindən 1 aydır ki, ailə üzvləri ilə ona görüş verilməməsindən şikayət edib. Aparılan araşdırma nəticəsində Ə. Zeynallının ərizələrinin istintaq təcridxanasından aidiyyəti qurumlara göndərildiyi və bununla bağlı qəbzlərin onun şəxsi işinə tikildiyi müəyyənləşdirilib. Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanasına növbəti başçəkmələr zamanı da onunla görüşəcəklərini bildiriblər.

Görüşə istintaq təcridxanasının rəisi də qatılıb. Ə. Zeynallının ailəsi ilə görüşə imkan yaradılması üçün E. Süleymanova Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR