Rövnəq Abdullayev: “ARDNŞ-ın bəzi əraziləri ona lazım olmaya bilər”

Rövnəq Abdullayev: “ARDNŞ-ın bəzi əraziləri ona lazım olmaya bilər”
# 09 oktyabr 2012 16:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dövlət başçısının sərəncamına uyğun olaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ona məxsus ərazilərdəki qanunsuz tikililərin siyahısını və bununla bağlı təkliflərini hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda şirkətin mütəxəssisləri adı çəkilən ərazilərin kadastrını hazırlayırlar: «Burada torpaqlarımızın lazımlılığı, işləyə biləcəyimiz və ya bilməyəcəyimiz ərazilər müəyyənləşdirilir. Bu işlərə şirkətimizin geoloqları və geofizikləri cəlb olunub».

Şirkət rəhbəri bu işin böyük həcmli olduğunu və uzun müddət tələb etdiyini qeyd edib.
Bununla yanaşı, R.Abdullayev hazırda ARDNŞ-ın əraziləri sayılan torpaqların bir hissəsinin araşdırmalardan sonra şirkətə lazımlı hesab edilməyəcəyini istisna etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR