Bakıda Rusiya patriarxı Kirilin kitabının təqdimatı keçirilib

Bakıda Rusiya patriarxı Kirilin kitabının təqdimatı keçirilib
# 23 iyun 2012 17:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Moskva və bütün Rusiya patriarxı Kirilin “Azadlıq və məsuliyyət: harmoniya axtarışında. İnsan hüquqları və şəxsiyyətin ləyaqəti” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə kitabın tarixi əhəmiyyət daşıdığını deyib: “Özümü xoşbəxt insan hesab edirəm ki, Kirillə əməkdaşlıq etmək mənə nəsib olub. Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr hər iki ölkənin prezidentləri tərəfindən də yüksək qiymətləndirilir. Kirilin regiondakı məsələlərə bağlı verdiyi məsləhətlər böyük önəm daşıyır. Onun Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səyləri də yüksək qiymətləndiririk”.

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Daroxin və digərləri də kitabın geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu bildiriblər.

Qeyd edək ki, kitab MDB Dinlərarası Şurasının Qəyyumluq Komitəsinin həmsədri Abbas Abbasovun dəstəyi ilə nəşr olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR