Azərbaycan artıq bu il lotereya biletlərinin internetlə satışına başlaya bilər

Azərbaycan artıq bu il lotereya biletlərinin internetlə satışına başlaya bilər
# 18 aprel 2012 07:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda lotereya oyunları biletlərinin internet vasitəsi ilə satışına başlanılacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu «Azərlotereya» ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev bildirib.

M.Tağıyevin sözlərinə görə, hazırda yeni sistemin tətbiqi məqsədi ilə müvafiq proqram təminatının hazırlanması istiqamətində iş aparılır və artıq 2012-ci ilin sonunadək Azərbaycanda lotereya oyunlarının biletlərinin internet üzərindən satışı təşkil oluna bilər.

M.Tağıyev qeyd edib ki, bu il ərzində lotereya biletlərinin satışı sahəsində 20%-lik artım gözlənilir. İnternetlə satış mexanizminin tətbiqi nəticəsində isə bu göstərici daha da yüksələ bilər.

Qeyd edək ki, 2011-ci ildə bütün lotereyalar üzrə uduş fondu 12,313 mln. manata bərabər olub, bu isə satılan biletlərin ümumi dəyərinin 64%-ni təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR