İcbari Sığorta Bürosu növbəti kompensasiya ödənişini edib

İcbari Sığorta Bürosu növbəti kompensasiya ödənişini edib
# 03 oktyabr 2014 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, büro tərəfindən ötən ilin mayın 18-də Ələt-Astara-İran yolunun Salyan rayonu ərazisindən keçən 67-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5 000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Kompensasiya ödənişi poçt vasitəsi ilə oktyabrın 3-də köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR