Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 13% artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 13% artıb
# 03 noyabr 2014 13:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü il oktyabr ayının 1-nə 15 042,4 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə nisbətən 1 779,7 mln. dollar və ya 13,42% çoxdur.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, amma bu ilin sentyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 148,5 mln. dollar və ya 0,98% azalıb:

Qeyd edək ki, bu ildə valyuta ehtiyatlarının artım tempi ötən illə müqayisədə müəyyən dərəcədə azalıb. Belə ki, bütövlükdə 2013-ci il ərzində AMB-nin valyuta ehtiyatlarının artımı 2 457,2 mln. dollara bərabər olub, bu ilin yanvar-sentyabr aylarında isə artım 890,4 mln. dollar və ya ötənilki artımın 36,2%-ni təşkil edib. Bununla yanaşı, ötən ilin yanvar-sentyabr ayları ərzində artım 1567,9 mln. dollar təşkil edib ki, bu da, göründüyü kimi, bu ilki 9 aylıq göstəricidən 1,8 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR