Bərdədə qidadan zəhərlənən 5 yaşlı uşağın vəziyyəti ağırdır - YENİLƏNİB

Bərdədə qidadan zəhərlənən 5 yaşlı uşağın vəziyyəti ağırdır - <span style="color: red;">YENİLƏNİB
# 02 noyabr 2016 13:00 (UTC +04:00)

Bərdə rayonda pomidor turşusundan zəhərlənən bir ailənin 5 üzvündən biri, 5 yaşlı uşağın vəziyyəti ağır olaraq qalır.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən ailə üzvlərindən 3-nün müalicəsi davam etdirilir, 2-nin vəziyyəti yaxşı olduğundan həkim nəzarətində ambulator müalicəyə buraxılıblar.

Hadisə 3 gün əvvəl rayonun Xan Ərəb kəndində qeydə alınıb. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən Könül Məmmədova, qızı Cəmalə, oğlu Pərviz Məmmədov və nəvələri Cahid və Cihan zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Cəmalə Məmmədova APA-ya bildirib ki, onun 5 yaşılı oğlunun vəziyyəti hələ də ağırdır: “Uşaqlarla anamgilə getmişdim. Mən çox az miqdarda turşu yedim. Anam, qardaşım və 5 yaşlı oğlum turşudan yedikdən sonra vəziyyətimiz pisləşdi”.

***

14:42

Bərdə rayonunda qida zəhərlənməsi baş verib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, 1972-ci il təvəllüdlü Könül Məmmədova, onun oğlu, 1994-cü il təvəllüdlü Pərviz Məmmədov və nəvəsi 5 yaşlı Cihan Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin müayinələrə əsasən zəhərlənməyə ev şəraitində hazırlanan pomidor turşusunun səbəb olduğu məlum olub. Onun sözlərinə görə, turşudan nümunələr bu gün mərkəzə gətirilib, lazımi müayinələr aparılacaq.

Xəstələrdən də nümunələr götürülüb, yekun nəticələr bir neçə gün ərzində məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR