FHN-in qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib

FHN-in qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib
# 15 mart 2024 16:11 (UTC +04:00)

13 -15 mart tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman bazasında FHN-in qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə reallaşdırılan çempionat 3 gün davam edib. FHN-in qurumlarının ümumilikdə 13 komandasından 40 əməkdaşın qatıldığı birincilikdə əməkdaşlar 100 və 1000 metr məsafəyə qaçış, daşqaldırma və turnikdə dartınma növlərində həm şəxsi, həm də komanda hesabında qüvvələrini sınayıblar.

Yarışlarda FHN-in Bakı Regional Mərkəzinin komandası komanda hesabında birinci olub. İkinci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, üçüncü yerə isə FHN Akademiyasının komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Həsən Seyidov qazanıb. İkinci yerə Muğan Regional Mərkəzinin əməkdaşı Elmir Əhədov, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının əməkdaşı Ədalət Məmmədov sahib olub.

Qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Çempionatın bağlanış mərasimində FHN-in İdman-sağlamlıq klubunun rəhbərliyi uğur qazanmış komandaları və əməkdaşları təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR