Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqil olmasına razılıq verməyəcək”

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqil olmasına razılıq verməyəcək”
# 01 yanvar 2007 12:19 (UTC +04:00)
01.01.2007. BAKI. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqil olmasına razılıq verməyəcək. Biz öz siyasətimizi beynəlxalq hüquq normaları və prinsipləri əsasında qururuq. Dağlıq Qarabağa Azərbaycan daxilində, ərazi bütövlüyü qorunmaq şərti ilə yüksək özünüidarə imkanları verilə bilər. Bu, bizim konstruktiv mövqeyimizdir. Bundan kənarda heç vaxt heç bir danışıqlar aparılmayıb və aparılmayacaq”. APA-nın məlumatına görə, bunu Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ problemindən danışarkən deyib. Ölkə başçısı ATƏT-in Minsk qrupunun, beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirib. İlham Əliyev ərazi bütövlüyünün heç vaxt müzakirə obyektinə çevrilməyəcəyini söyləyib: “Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma referendum bir daha bizim mövqelərimizin nə qədər güclü və ədalətli olduğunu təsdiqlədi. Bütün dünya, bütün beynəlxalq təşkilatlar qanunsuz rejim, kriminal rejim tərəfindən keçirilmiş qanunsuz referendumu pislədilər və öz münasibətini bildirdilər”. Ölkə başçısı danışıqların davam etdiyini, qarşı tərəfin konstruktivlik nümayiş etdirərək Azərbaycan torpaqlarını işğaldan azad edəcəyinə ümid etdiyini deyib. Prezident həmçinin ordu quruculuğu prosesinə də böyük diqqət yetirildiyini söyləyib: “İki il bundan əvvəl mən bəyan etmişdim və söz vermişdim ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və 2007-ci ilin büdcəsində biz bu məqsədə nail ola bilmişik. Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olub və növbəti illərdə daha da artıq olacaq. Biz danışıqlar aparırıq, ancaq düşmən bilməlidir ki, Azərbaycan istənilən vaxtda, istənilən yolla doğma torpaqlarını azad edə bilər və azad edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR