Bank Of Baku

Qoran Lenmarker: “Dağlıq Qarabağ üzrə hazırladığım məruzəyə hər hansı dəyişiklik edilməyəcək”

Qoran Lenmarker: “Dağlıq Qarabağ üzrə hazırladığım məruzəyə hər hansı dəyişiklik edilməyəcək”
# 30 yanvar 2007 11:00 (UTC +04:00)
Q.Lenmarker əlavə edib ki, məruzəyə bundan sonra da hər hansı dəyişiklik edilməyəcək. Məruzənin artıq ATƏT PA-ya təqdim olunduğunu deyən Q.Lenmarker bundan sonra sənədə hər hansı dəyişikliyin edilməsini qeyri-mümkün sayır.
Q.Lenmarkerin mətbuat katibliyindən isə məsələni şərh edərək, bildiriblər ki, sənədə hər hansı dəyişiklik edilsə, məruzəçinin yeni məruzə hazırlaması lazım gələcək. İndiki halda isə bu nəzərdə tutulmur.
Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov isə APA-ya bildirib ki, məruzənin PA-ya təqdim olunması barədə onda məlumat yoxdur: “Amma dəqiq bilirəm ki, qurumun fevralda keçiriləcək qış sessiyasının gündəliyinə Dağlıq Qarabağla bağlı məsələ salınmayıb”. Q.Lenmarkerin fevralın 7-8-də Azərbaycana gələcəyini xatırladan E.İbrahimov həmin vaxt məsələyə aydınlıq gətiriləcəyini deyib. Deputat ümid edir ki, Q.Lenmarkerin hazırladığı məruzə ATƏT PA-nın Kiyevdə keçiriləcək yay sessiyasının gündəliyinə salınacaq: “Qış sessiyası çərçivəsində isə Azərbaycanı maraqlandıran digər bir məsələ - ATƏT regionunda enerji təhlükəsizliyi məsələsi iqtisadi komitənin müzakirəsinə çıxarılacaq”.
“Azərbaycan Qoran Lenmarkerin digər məruzəçi ilə əvəz edilməsi təklifi ilə çıxış edə bilərmi” sualının cavabında E.İbrahimov deyib ki, bu, ATƏT PA sədrinin səlahiyyətində olan məsələdir: “Hazırda Lenmarker həm Parlament Assambleyanın sədri, həm də Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndədir və bu bizi qane edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR