Bank Of Baku

Qarsın bələdiyyə başqanı: “Ermənilər işğal altında olan Azərbaycan torpaqlarını azad etmədən, onlarla dialoqa getmərəm”

Qarsın bələdiyyə başqanı: “Ermənilər işğal altında olan Azərbaycan torpaqlarını azad etmədən, onlarla dialoqa getmərəm”
# 30 yanvar 2007 12:10 (UTC +04:00)
APA-nın səfərdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, N.Əlibəyoğlu bir müddət əvvəl Ermənistan-Türkiyə sərhədlərinin açılmasının tərəfdarı olması ilə bağlı sualı cavablandırarkən o zamankı mövqeyinə belə aydınlıq gətirib: “Ermənistanın 4,5 milyon əhalisi olub, hazırda isə 1,5 milyon əhalisi qalıb. Ermənilər iqtisadi çətinlik ucbatından ölkədən köçürlər. Bizə Ermənistanla əlaqələrdən iqtisadi gəlir əldə etmək yox, Qafqaz və Orta Asiya bazarına çıxmaq lazımdır. Buna görə sərhədlərin açılmasını təklif etmişdik. İndi Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsi reallaşandan sonra Qafqaz və Orta Asiya bazarına çıxış əldə edirik. Buna görə də sərhədlərin açılması ilə bağlı əvvəlki mövqeyimizdən imtina edirik”. Qarsın bələdiyyə başqanı fikirlərinə belə davam edib: “Azərbaycanda mənimlə bağlı bəzi spekulyasiyalar olur. Mən açıq şəkildə bəyan edirəm - ermənilər Dağlıq Qarabağdan vaz keçmədən, işğal altında olan Azərbaycan torpaqlarını azad etmədən mən ermənilərə sülh təklif etmərəm, onlarla dialoqa getmərəm. Biz Azərbaycan prezidenti İlham Əliyev müraciət etmişik ki, Qarsın iş adamları və şəhər rəhbərliyindən ibarət nümayəndə heyəti Bakıya səfər etmək niyyətindədir. Müraciətimiz qəbul olunar, Bakıya gəlib sədaqətimizi sübuta yetirərik”.
Ötən il Qarsda keçirilən ənənəvi festivalda Azərbaycan nümayəndə heyətinin ermənilər tərəfindən təhqir olunması məsələsinə toxunan bələdiyyə başqanı “Mənim vətənimdə erməni dığası mənim xalqıma qarşı çıxa bilməz” - deyə bildirib. Qarsla Gəncənin qardaşlaşması məsələsinə toxunan N.Əlibəyoğlu Gəncədə səfərdə olduqlarını xatırladıb: “Sonradan Gəncədən Qarsa nümayəndə heyəti dəvət etdik, amma onlar gəlmədilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR