Bank Of Baku

Metyu Brayza: “Münaqişə tərəfləri arasında dərin fikir ayrılığı yoxdur”

Metyu Brayza: “Münaqişə tərəfləri arasında dərin fikir ayrılığı yoxdur”
# 07 fevral 2007 08:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Bakıda səfərdə olan M.Brayza bildirib. Minsk Qrupunun fəaliyyəti barədə danışan M.Brayza deyib, qrup yaxşı işləyir: “Münaqişənin həlli üçün siyasi iradə lazımdır. Hazırda vəziyyət mürəkkəb deyil, amma Ermənistanda seçkilər ili olduğu üçün qrafik gərgindir. Həm Ermənistanda, həm də Azərbaycanda demokratiya inkişaf edir, seçkilər keçirilir, bu, yaxşı haldır. Mən hiss edirəm ki, problem həll olunacaq, amma nə vaxt, deyə bilmərəm. Münaqişənin həllinə çox optimist yanaşıram, lakin bunu mən həll edə bilmərəm. Biz gözləyirik ki, prezidentlər ölkələrinin ictimaiyyətlərini hazırlasınlar. Bizim vəzifəmiz danışıqları addım-addım aparmaq üçün tərəflərə gömək göstərməkdir”. Amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir neçə həftədən sonra görüşəcəklərini bildirib, həmsədrlərin isə hələlik regiona gəlməyə hazırlaşmadıqlarını söyləyib. Kosovo variantından Qarabağ münaqişəsinin həllində istifadə olunması barədə fikirlərə münasibət bildirən M.Brayza deyib ki, dünyada mövcud olan hər bir münaqişənin öz xarakteri var, bu və digər nizamlanmanı model kimi istifadə etmək olmaz: “Əsas ideyalar üzrə fikir ayrılıqlarının həlli üçün bir neçə texniki element var. Hesab edirəm ki, biz bu və ya digər dərəcədə ümumi dil tapmışıq, tərəflər arasında dərin fikir ayrılığı yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR