Bank Of Baku

Tahir Tağızadə : “BMT-ni Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr üçün yeni format adlandırmaq düzgün deyil”

Tahir Tağızadə : “BMT-ni Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr üçün yeni format adlandırmaq düzgün deyil”
# 16 fevral 2007 13:36 (UTC +04:00)
“GUAM ölkələrinin hansısa konstruktiv addımları, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesini pozmaq niyyətləri olmayıb”. Bu açıqlamanı APA-ya XİN Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə verib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin imzaladığı son bəyanatda tərəfləri münaqişənin nizamlanması məsələsini digər formatlara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdlərindən çəkindirmək çağırışlarına münasibət bildirən Tahir Tağızadə deyib ki, GUAM ölkələri eyni və ya oxşar təhlükə və çağırışlar qarşısında qalan ölkələrdir: “Bu ölkələrin addımları həmin təhlükə və çağırışları konstruktiv şəkildə düzgün ünvanlamaqdır. GUAM-ın BMT çərçivəsində addımını məhz belə qiymətləndirmək lazımdır. O ki qaldı konkret Azərbaycana, bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupu formatı əsas qalır. Amma BMT-ni müzakirələr üçün yeni format adlandırmaq düzgün deyil, hamı bilir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrinin artıq 15 yaşı tamam olur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR