Bank Of Baku

Leo Platvoet: “Hazırladığım məruzənin AŞPA-nın yaz sessiyasında müzakirəyə çıxarılacağına əmin deyiləm”

Leo Platvoet: “Hazırladığım məruzənin AŞPA-nın yaz sessiyasında müzakirəyə çıxarılacağına əmin deyiləm”
# 19 fevral 2007 10:47 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) itkin düşmüş şəxslərlə bağlı məruzəçisi Leo Platvoet deyib. O, Azərbaycan hərbçilərinin əsir götürülməsi faktlarını bildiyini, lakin bu məsələnin onun məruzəsinə aidiyyəti olmadığını söyləyib. Məruzənin hazır olduğunu bildirən L. Platvoet sənədin AŞPA-nın aprel sessiyasında dinlənilib qəbul olunacağına ümid bəsləsə də, buna əmin deyil: “Qarşıdakı sessiyanın böyük hissəsi Avropada insan haqlarının vəziyyətinə həsr olunacaq. Bu səbəblə mənin məruzəmin müzakirə olunacağına əmin deyiləm”. L. Platvoet məruzənin AŞPA Daimi Komitəsinin gündəmində olmadığını da açıqlayıb. Bir daha məruzənin məzmununa toxunan AŞPA təmsilçisinin sözlərinə görə, sənəddə Cənubi Qafqazdakı münaqişələr siyasi nöqteyi-nəzərdən yox, insan haqları prizmasından qiymətləndirilib. Məruzədə əsas diqqət Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi Qafqaz regionunda, konkret olaraq Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri zonasında rolunun artırılmasına yönəlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR