Bank Of Baku

AŞPA-nın mədəni abidələrlə bağlı missiyası may ayında Azərbaycan və Ermənistana səfər edəcək

AŞPA-nın mədəni abidələrlə bağlı missiyası may ayında Azərbaycan və Ermənistana səfər edəcək
# 19 fevral 2007 14:37 (UTC +04:00)
Bu barədə APA-ya AŞPA-nın Elm, təhsil və mədəniyyət komissiyasının mədəni irs məsələləri üzrə baş məruzəçisi Edvard Ohara məlumat verib. O bildirib ki, ötən ilin payızında hava şəraiti ilə əlaqədar missiyanın bölgəyə səfəri baş tutmayıb və onlar səfəri yay fəsli ərəfəsində gerçəkləşdirmək qərarına gəliblər. E. Oharanın sözlərinə görə, missiya üzvləri hələlik bütün məsələləri razılaşdırmayıblar. İrəvanda Şuşanın işğalına həsr edilmiş abidə qoyulmasına münasibət bildirən baş məruzəçi bu məsələ ilə məşğul olmayacaqlarını deyib: “Mənim missiyam siyasətlə yox, tarixi-mədəni abidələr və onların durumu ilə məşğul olur. Mən heç vaxt siyasi bəyanatlar vermirəm, əksinə, mədəniyyəti siyasətdən ayırmaq istəyirəm”. Qeyd edək ki, AŞPA missiyası Ermənistanda və Azərbaycanda (Dağlıq Qarabağ, Naxçıvan) mədəni abidələrin vəziyyəti ilə tanış olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR