Bank Of Baku

Türkiyədə “Xocalı həftəsi” başlayıb

Türkiyədə “Xocalı həftəsi” başlayıb
# 19 fevral 2007 15:25 (UTC +04:00)
Bu gündən Türkiyədə “Xocalı həftəsi” başlayıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib. S.Aran bildirib ki, artıq İstanbulun iri meydanlarında, əhalisi sıx olan küçələrində Xocalı soyqırımı ilə bağlı plakatlar, şəkillər vurulub. Plakatlarda əhali fevralın 25-də Taksim meydanında keçiriləcək mitinqə çağırışlar da qeyd olunub. Plakat və şəkillərin həftə ərzində qorunması üçün dərnək üzvləri tərəfindən tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 27-nə kimi davam edəcək tədbirlər proqramına əsasən Türkiyənin İzmit, Manisa və İzmir şəhərlərində erməni vəhşiliyini pisləyən, Xocalı faciəsinin soyqırım kimi tanınması üçün toplantılar keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR