Bank Of Baku

Xocalı faciəsi ilə bağlı yaradılmış parlament komissiyası fəaliyyətə başlayıb

Xocalı faciəsi ilə bağlı yaradılmış parlament komissiyası fəaliyyətə başlayıb
# 19 fevral 2007 16:22 (UTC +04:00)
Milli Məclisdə Xocalı faciəsi ilə bağlı yaradılmış komissiya fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, bunu komissiyanın üzvü, millət vəkili Elman Məmmədov bildirib. Xocalı faciəsi ilə əlaqədar Milli Məclisdə dinləmələr keçiriləcəyini xatırladan E. Məmmədov dinləmələrin nəticələrinin dünya parlamentlərinə göndəriləcəyini qeyd edib. O, fevralın 23-də Türkiyənin İqdır rayonunun nümayəndələri ilə birlikdə Hollandiyaya yola düşəcəyini və orada Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirlərdə iştirak edəcəyini açıqlayıb.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatına da münasibət bildirən E. Məmmədovun sözlərinə görə, Azərbaycan bu qrupdan xeyirli addım gözləyirsə, çox səhv edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR