Bank Of Baku

Türkiyə parlamentinin üzvü Dursun Akdemir: “Xocalı soyqırımını törədənlər tarix qarşısında mütləq cavab verəcəklər”

Türkiyə parlamentinin üzvü Dursun Akdemir: “Xocalı soyqırımını törədənlər tarix qarşısında mütləq cavab verəcəklər”
# 22 fevral 2007 12:38 (UTC +04:00)
“26 fevral tarixi Türk dünyası və Azərbaycan üçün acı günlər olmaqla yanaşı, insanlıq tarixində sözün əsl mənasında qara səhifədir”. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı İqdır millət vəkili Dursun Akdemir söyləyib. O, 15 il öncə ermənilərin Xocalıda yüzlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirməsinin heç zaman unudulmayacağını bildirib: “Ermənilər tərəfindən insanlıq tarixinə yazılmış bu qara səhifə demokratiyanı dəstəkləyən dövlətləri çox düşündürməli və utandırmalıdır. Xocalı soyqırımı zamanı hər cür vəhşilik edilib. Ermənilər amansız bir şəkildə şəhidlərin gözlərini oyublar, başlarının dərisini soyublar, cəsədləri parça-parça edib, insanları isə diri-diri torpağa basdırıblar. Xocalıda hamilə qadınların qarınları deşilib, kişilərin isə başına hər cür oyun gətiriblər. Fransız jurnalist Jan İv Yunet, rus jurnalist Vladimir Belix və başqaları bu vəhşilikləri həmin gün dünyaya yaymışdılar”. Dursun Akdemir Xocalı soyqırımından sonra ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf əraziləri işğal etdiyinə diqqət çəkib. “Ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırımının miqyası dəhşətli dərəcədə böyük olsa da, dünya ictimaiyyəti bu vəhşiliyə qarşı biganə qaldı. Ermənilər hələ də Azərbaycanın işğalını davam etdirir. Onlar BMT Təhlükəsizlik Şurasının qərarlarını qulaq ardına vururlar. Xocalı soyqırımından keçən bu illər ərzində erməni siyasətçiləri müxtəlif yalanlarla bu hadisələri unutdurmağa çalışdılar. Lakin bu cinayəti törədənlər tarix önündə mütləq hesab verəcəklər. Hesab edirəm ki, Azərbaycana qarşı törədilən bu haqsızlıqlar Türkiyənin də üzvü olduğu ATƏT-in Minsk Qrupu tərəfindən aradan qaldırılmalı, ədalət yerini tapmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR