Bank Of Baku

Millət vəkili Ersoy Bulud: “100 il əvvəl ermənilərə qarşı soyqırımı törədildiyini iddia edənlər 15 il əvvəl Xocalıda baş verənləri niyə görmürlər?”

Millət vəkili Ersoy Bulud: “100 il əvvəl ermənilərə qarşı soyqırımı törədildiyini iddia edənlər 15 il əvvəl Xocalıda baş verənləri niyə görmürlər?”
# 22 fevral 2007 13:34 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı qanunvericili təşəbbüsü ilə çıxış edən Mərsin millət vəkili Ersoy Bulud verib. O, irqi və məzhəb zəminində ayrı-seçkiliyə qarşı olduğunu vurğulayıb: “1915-ci ildə ermənilər və türklər qarşılıqlı olaraq bir-birilərini öldürüblər. Xüsusilə, xarici qüvvələrin dəstəyi ilə ermənilər türkləri soyqırımına məruz qoyublar. Cənub vilayətlərimizdə fransızlar erməniləri türklərin üstünə göndəriblər. Soyqırımı həyata keçirən ölkələr türklər haqqında “soyqırımı törədən millət” imici yaratmaq üçün ciddi-cəhd göstərir. Mən ötən il Fransanın Əlcəzairdə törətdiyi soyqırımlarının parlamentimiz tərəfindən tanınması, 8 may tarixinin soyqırımı günü elan olunmasını, bunun simvolu olaraq abidə ucaldılmasını təklif etmişdim. İndi də Xocalıda baş verən hadisələrin soyqırımı kimi tanınması barədə təklif vermişəm. Qanun layihəsində hər il 26 fevralın Xocalı soyqırımı günü kimi anılmasını təklif etmişəm”. Layihənin parlamentin gündəliyinə daxil edilməsi üçün həmkarları ilə danışıqlar aparılması məsələsinə gəldikdə Ersoy Bulud müstəqil millət vəkili kimi qanunvericilik təşəbbüsü ilə çıxış etdiyini deyib: “Həmkarlarımdan bu məsələnin gündəliyə daxil edilməsi üçün dəstək istəyəcəyəm. Amma təklifi gündəliyə salmağa gücüm çatacaqmı onu bilmirəm. Hələlik, dəstək üçün bir işarə almamışam. Həmkarlarımla görüşəndən sonra vəziyyət daha da aydınlaşacaq”. AKP Balıkəsir millət vəkili Turan Çöməzin fevralın 26-da Xocalıya gedib bu vəhşilikləri lənətləyəcəyi barədə bəyanatını müsbət qiymətləndirən Ersoy Bulud bu addımın qondarma “erməni soyqırımı” iddialarına qarşı ən yaxşı cavab ola biləcəyini vurğulayıb. “Bu günlərdə ABŞ Konqresində qondarma “erməni soyqırımı” iddiaları gündəmə gətiriləcək. Amerika buyurub, bu məsələni gündəliyə gətirsin. Məncə, ən gözəl iş Xocalıya gedib, ermənilərin törətdiyi soyqırımı yerindəcə lənətləmək olacaq. 100 il əvvəli görənlər niyə 15 il əvvələ baxmaq istəmirlər? Məgər kameralar Xocalıda baş verənləri qeydə almayıbmı? Soyqırımı tanımaq istəyirlərsə, bu da onlara soyqırımı, buyurub, tanısınlar”. Ersoy Bulud ermənilərin Xocalıda həyata keçirdiyi soyqırımı ilə bağlı həqiqətlərin bütün dünyaya çatdırılmalı olduğunu deyib. “Mən bu məsələ ilə bağlı görüləcək hər bir işdə iştirak etməyə hazıram. Mən Azərbaycan xalqının əmrindəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR