Bank Of Baku

Kanada şirkəti Azərbaycanın ermənilərin işğalı altında olan Kəlbəcər rayonu ərazisindəki “Söyüdlü” yatağından 13 tona yaxın qızıl hasil edib

Kanada şirkəti Azərbaycanın ermənilərin işğalı altında olan Kəlbəcər rayonu ərazisindəki “Söyüdlü” yatağından 13 tona yaxın qızıl hasil edib
# 22 fevral 2007 14:22 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA-ya verilən məlumata görə, “FDM” şirkəti bu ilin sonuna qədər Ermənistanın qızılçıxarma sahəsinə 12 milyon dollar məbləğində sərmayə yatırmağı nəzərdə tutur. Bundan əlavə, Ermənistan hökuməti işğal etdiyi Azərbaycan ərazilərində qızılçıxarma sahəsinə yeni sərmayələrin yatırılması məqsədi ilə Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici banklarla danışıqlar aparır.
Qeyd edək ki, Kanadanın FDM şirkəti ötən ilə qədər erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində qızılçıxarma sahəsinə 22,1 milyon dollar məbləğində sərmayə yatırıb. FDM bütövlükdə, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində aparılan geoloji-kəşfiyyat işlərinə 4 milyon dollar məbləğində sərmayə ayırıb.
Xatırladaq ki, “Söyüdlü” yatağının 73%-i ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər ərazisində yerləşir. Yatağın istismarı 1992-ci ildə dayandırılsa da, 1996-cı ildə ilk dəfə ABŞ mütəxəssisləri burada geoloji kəşfiyyat işlərinə başlayıb. Həmin tədqiqatlar nəticəsində yataqda 40 tondan artıq qızıl aşkarlanıb və 1997-ci ilin sentyabrında filizçıxarma işlərinin aparılması üçün Ermənistanın Sənaye və Ticarət Nazirliyi ilə FDM arasında 63,3 milyon dollar məbləğində müqavilə imzalanıb. FDM-in aktivləri Markus Randolfun rəhbərlik etdiyi “Sterlite Gold LTD” şirkətinə məxsusdur. 1998-ci il FDM Ermənistanın “Ararat Gold Recovery Company” dövlət təşkilatının səhmlərinin 50%-ni alaraq, qızılçıxarma işlərinə başlayıb, 2002-ci ildə isə səhmlərin qalan 50%-ni də alaraq, həmin şirkətin tamhüquqlu sahibi olub. Hazırda FDM-in Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində 1200 əməkdaşı çalışır. Onların orta aylıq əmək haqqı 150-190 dollardır. Şirkətdə işləyən sahibkarların əksəriyyəti milliyyətcə hindlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR