Bank Of Baku

DAK Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirib

DAK Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirib
# 22 fevral 2007 14:24 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirib. APA-nın məlumatına görə, DAK-ın Azərbaycan bürosunun rəhbəri Paşa Qəlbinur Xocalıda baş verənləri insanlıq adına ləkə adlandırıb. DAK Məclisinin sədri Sabir Rüstəmxanlı ermənilərin Xocalıdan öncə azərbaycanlıların başına gətirdiklərinə diqqəti yönəldib. Onun sözlərinə görə, 1905-1918-ci illərdə Xocalı ermənilər tərəfindən iki dəfə bütünlüklə dağıdılıb və əhalisi qətlə yetirilib.
Tədbirdə DAK adından BMT-yə, Avropa Şurasına və ATƏT-ə müraciət ünvanlanıb. Müraciətdə Ermənistanın işğalçılıq siyasətinin dünya üçün təhlükə olduğu və bunun qarşısının alınmasının vacibliyi vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR