Bank Of Baku

“Xocalı soyqırımı və Ahıska türkləri” mövzusunda dəyirmi masa keçirib

“Xocalı soyqırımı və Ahıska türkləri” mövzusunda dəyirmi masa keçirib
# 22 fevral 2007 14:36 (UTC +04:00)
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Ahıska türklərinin “Vətən” Cəmiyyəti ilə birgə “Xocalı soyqırımı və Ahıska türkləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, Xocalı faciəsi zamanı erməni hərbi birləşmələri Rusiyanın 366-cı alayının köməyi ilə 613 şəhər sakinini xüsusi amansızlıqla qətlə yetirib, 8 ailəni tamamilə məhv edib. Soyqırım nəticəsində 114 nəfər itkin düşüb, 487 nəfər əlil olub, 69 nəfərin əsir və girovluqda saxlanıldığı isə şahid ifadələrinə görə təsdiq olunur. Faciə zamanı Xocalıda yaşayan Axıska türklərindən isə 55 nəfəri əsir götürülüb, onlardan 5-i indiyə qədər geri qaytarılmayıb. Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov baş verənlərlə bağlı beynəlxalq təşkilatlara dəfələrlə müraciət edildiyini deyib: “Xocalıda soyqırımın baş verdiyi haqda dünya ictimaiyyətində az məlumat var. Bundan sonrakı əsas vəzifələrimizdən biri də bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq olmalıdır”. Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov soyqırımın tanıdılması istiqamətində dövlət səviyyəsində tədbirlərin görüldüyün söyləyib: “ Ümid edirik ki, dünyanın bütün türk dövlətləri Xocalı soyqırımının olmasını ilk təsdiq edən ölkələr olacaq. Onlar Azərbaycanın bu probleminə şərik olacaq. Azərbaycan xalqı isə hər an döyüşə hazır olmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR