Bank Of Baku

Brüsseldəki Avropa Siyasi Araşdırmalar Mərkəzində Xocalı soyqırımına həsr olunmuş foto və uşaq rəsmlərindən ibarət sərgi keçiriləcək

Brüsseldəki Avropa Siyasi Araşdırmalar Mərkəzində Xocalı soyqırımına həsr olunmuş foto və uşaq rəsmlərindən ibarət sərgi keçiriləcək
# 22 fevral 2007 15:41 (UTC +04:00)
Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar fevralın 26-da Brüsseldə Avropa Siyasi Araşdırmalar Mərkəzinin yerləşdiyi “Residens palace” binasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərindən ibarət sərgi keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Belçikadakı səfiri Emin Əyyubov məlumat verib. Səfir bildirib ki, həmin tədbirə Brüsseldə akkreditə olunmuş diplomatik korpus, Avropa İttifaqının (Aİ) təsisatlarının rəsmiləri, Avropa parlamentinin üzvləri, digər beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatların nümayəndələri, Belçikada fəaliyyət göstərən bir sıra yerli və xarici mətbuat orqanlarının nümayəndələri dəvət olunublar, bəzi qəzetlərin iştirakı artıq təsdiqlənib. Diplomatın sözlərinə görə, Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filminin nümayişi də nəzərdə tutulur. Filmin ya Xocalı soyqırımının ildönümü günlərində, ya da martın 31-də - Azərbaycanlıların Soyqırımı Günündə mərkəzi televiziya kanalları vasitəsi ilə nümayiş etdirilməsi üçün danışıqlar aparılır.
Xocalı soyqırımının 15 illiyi ilə bağlı səfirlik tərəfindən xüsusi press-reliz də hazırlanaraq, Brüsseldə akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə, Aİ-nin təşkilatlarına, Avropa Komissiyasına, Avroparlamentinin üzvlərinə, Belçikanın dövlət orqanlarına, digər beynəlxalq qurumlara, qeyri-hökumət təşkilatlarına, yerli və xarici mətbuat orqanlarına göndərilib. Soyqırımı hadisələri haqqında məlumatların yerli mətbuat orqanlarında işıqlandırılması üçün səfirlik işləri davam etdirir.
E. Əyyubov onu da bildirib ki, Benilüks ölkələrində Azərbaycanın diaspor təşkilatları tərəfindən müəyyən tədbirlərin görülməsi də nəzərdə tutulur. Diaspor təşkilatları fevralın 26-da Ermənistanın Brüsseldəki səfirliyi və Aİ-in əsas təsisatlarının yerləşdiyi Şuman meydanında etiraz aksiyaları keçirməyi planlaşdırır və artıq Belçikanın müvafiq qurumlarına müraciət olunaraq, rəsmi icazə alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR