Bank Of Baku

Yaponiyada Xocalı soyqırımı ilə bağlı keçirilmiş tədbirdə imzalanmış müraciət ölkənin baş naziri və parlamentinə göndərilib

Yaponiyada Xocalı soyqırımı ilə bağlı keçirilmiş tədbirdə imzalanmış müraciət ölkənin baş naziri və parlamentinə göndərilib
# 26 fevral 2007 15:24 (UTC +04:00)
Yaponiyanın Osaka əyalətində Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi, sərgi və imzatoplama kampaniyası keçirilib. Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətindən (AYDC) APA-ya verilən məlumatına görə, Osaka əyaləti Mino səhərinin mərkəzində, AYDC ofisinin yerləşdiyi binada təşkil olunmuş sərgidə Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib, bütün materiallar yaponca izahla təqdim olunub. Mərhum telejurnalist Çingiz Mustafayevin çəkdiyi videokadrlar gün ərzində böyük ekranda göstərilərək, Xocalı soyqırımının mahiyyəti sərgiyə gələnlərə çatdırılıb. Sərgidə iştirak edənlər erməni vəhşiliyini pisləyərək, Xocalıda törədilənləri “bəşər tarixinin ən böyük soyqırımlarından biri”, “vəhşilik”, “barbarlıq”, “bəşəri cinayət”, “insanlığa üz qarası”, “əsrin xəcaləti” və s. kimi qiymətləndiriblər. Onlar bəşər tarixinin bu qara ləkəsini təmizləmək üçün beynəlxalq ictimaiyyətin erməniləri layiqincə cəzalandırmasının zəruriliyini xüsusi vurğulayıblar.
Qeyd edək ki, sərgi salonunda Azərbaycan bayrağı altında və soyqırımı qurbanlarının fotoşəkilləri önündə imzatoplama stendi qurulub, Xocalı soyqırımın tanınması və Azərbaycan torpaqlarının 20 faizinin erməni təcavüzünə məruz qalması faktının pislənməsi haqqında Yaponiyanın bas nazirinə və parlamentinə ünvanlanmış AYDC-nin müraciəti asılıb. Toplanan imzalar Yaponiyanın baş nazirinə və parlamentin hər iki palatasına, eyni zamanda Yaponiyada fəaliyyət göstərən media şirkətlərinə və beynəlxalq təşkilatlara da göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR